FİFA 2012-ci ilin transfer bazarının yekunlarını açıqlayıb
FİFA 2012-ci ilin transfer bazarının yekunlarını açıqlayıb. Ötən il 11555 beynəlxalq keçid həyata keçirilib.

Hamıdan çox futbolçu axını portuqaliyalılar tərəfindən Braziliyaya olub. Braziliyalı oyunçular isə daha çox transfer predmetinə çevriliblər. Klubların vasitəçilərə ödədikləri komisyon haqlarının orta həcmi 28 faiz olub. Transfer olunan futbolçuların orta yaş həddi 24 il 10 ay təşkil edib. Ən gənc yaşında həyata keçirilən transfer 16 yaşlı ingiltərəli oyunçunun Uels klublarından birinə yollanması sayılıb. Ən yaşlı transfer isə Ukraynadan Tacikistan klubuna keçən 45 yaşlı futbolçu olub.
Lent.az

Xəbər 867 dəfə oxundu.