“Xəzər-Lənkəran” Antalya şəhərinə yola düşür
Cari mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə “Xəzər-Lənkəran” futbol klubu Türkiyənin Antalya şəhərinə yola düşəcəkdir.

Komandanın təlim-məşq toplanışı yanvarın 13-dən fevralın 5-dək davam edəcəkdir. Qış fasiləsində komandaya bütün mövqelər üzrə yeni futbolçuların da cəlb olunması nəzərdə tutulmuşdur. Bu məqsədlə bir sıra futbolçu komandanın düşərgəsində baxışdan keçəcəkdir.

Toplanış çərçivəsində bir neçə yoxlama oyununun keçirilməsi də planlaşdırılır. Belə ki, “Xəzər-Lənkəran” yanvarın 19-da “Rapid” (Moldova), yanvarın 22-də “Krivbass” (Ukrayna) və yanvarın 30-da “Pribram” (Çexiya) klubu ilə yoldaşlıq görüşü keçirəcəkdir. Komandanın yanvarın 26-da və fevralın 2-də daha iki yoldaşlıq görüşü keçirəcəyi məlum olsa da, rəqiblər hələlik dəqiqləşməmişdir.
AzərTAc

Xəbər 1047 dəfə oxundu.