Messidən Müllerə forma hədiyyəsi
Argentinalı futbolçu Lionel Messi İspaniyanın “Barselona” klubunda geyindiyi 10 nömrəli formanı əfsanəvi almaniyalı hücumçu Herd Müllerə hədiyyə edib. Messi futbolkaya avtoqrafını qoyub.

O, həmçinin ötən il arxada qoyduğu bombardirin ünvanına xoş sözlər yazıb.

Qeyd edək ki, 4-cü dəfə dünyanın ən yaxşı futbolçusu seçilmiş Lionel Messi ötən il 91 top vuraraq, Herd Müllerə məxsus 85 qol rekordunu təzələyib.
Lent.az

Xəbər 818 dəfə oxundu.