“Panatinaikos”un yeni baş məşqçisi
“Panatinaikos”un yeni baş məşqçisinin adı müəyyənləşib. Yunan klubunun sükanı arxasına ispaniyalı çalışdırıcı Fabri Qolzales təyin edilib.

57 yaşlı mütəxəssis komandadan ayrılan argentinalı Xuan Ramon Roçanı əvəzləyib. Qolzales karyerasında bir çox İspaniyanın aşağı liqa təmsilçilərini çalışdırıb.

Qeyd edək ki, “Panatinaikos” bu mövsüm Yunanıstan çempionatında oynadığı 16 qarşılaşmada yalnız 20 xal (9-cu yer) toplaya bilib. Onları lider “Olimpiakos”dan 22 xal ayırır.

Xəbər 815 dəfə oxundu.