İker Kasilyas hamını təəccübləndirib
“Real”ın və İspaniya yığmasının qapıçısı İker Kasilyasın seçimi hamını təəccübləndirib. FİFA və Fransanın “France Football” nəşrinin keçirdiyi sorğuda o, “İlin məşqçisi” olaraq “Real”ın çalışdırıcısı Joze Mourinyoya səs verib.
Son dövrlər Kasilyasla Mourinyo arasında münasibətlər heç də yaxşı deyil. Bir müddət əvvəldən aralarında soyuqluq yaranan baş məşqçi futbolçunun münasibətləri son dörvlər pik həddə çatıb. Hətta Mourinyo Kasilyası ehtiyatda belə saxlayır.
Buna baxmayaraq, qolkiper baş məşqçisini ən yaxşı hesab edir. Kasilyas son iki Avropa və bir Dünya çempionatının qalibi olduğu İspaniya millisinin baş məşqçisi Visente Del Boskeni ikinci yerdə göstərib. Bir xalı isə Roberto Di Matteoya verib.
Kasiyasın seçiminə rəğən Mourinyo sorğuda ikinci olub. Del Boske isə ən yaxşı məşqçi seçilib.

Xəbər 907 dəfə oxundu.