Denis Silva yenidən komandaya qayıdıb
Bakının “Neftçi” futbol klubu ilə ardıcıl iki dəfə çempionluq yaşayan Denis Silva yenidən komandaya qayıtmışdır.
Braziliyalı futbolçu bununla bağlı fikirlərini bildirmişdir. “Neftçi” ailəsinin onun üçün çox doğma olduğunu vurğulayan D.Silva komanda ilə ardıcıl iki dəfə çempionluq sevinci yaşadığını diqqətə çatdırmışdır.
“Neftçi”dən ayrı qalmasının səbəbini açıqlayan D.Silva bildirmişdir ki, müqavilə ilə məxsus olduğu başqa komanda ona icazə vermədiyi üçün Azərbaycan çempionu ilə müvəqqəti ayrılmağa məcbur olmuşdur. Demişdir ki, artıq həmin klubla müqavilə müddətim başa çatmış və azad futbolçu kimi yenidən “Neftçi” ilə müqavilə imzalamışam.
Tanınmış futbolçu cari mövsümdə “Neftçi” ilə üçüncü çempionluğunu yaşayacağına əminliyini ifadə etmişdir.
AzərTAc

Xəbər 1055 dəfə oxundu.