Miloşkoviç Azərbaycandan təklif alıb
Serb futbolçu Stanimir Miloşkoviç Azərbaycandan təklif alıb. “Radniçki”də çıxış edən yarımmüdafiəçi klublarımızdan birinin hədəfinə düşüb.
Yunanıstan mətbuatının məlumatına görə, onunla bu ölkənin və Azərbaycanın klublarından biri maraqlanır. 30 yaşlı futbolçu hələ qərarını verməyib.
Qeyd edək ki, Miloşkoviç 2011-ci ildən “Radniçki”də çıxış edir (39 oyun, 7 qol). Futbolçu 2001-2005 və 2010-cu illərdə də yetirməsi olduğu bu klubun uğurları üçün çalışıb (106 oyun, 41 qol). Bundan başqa o, Yunanıstanın “Kalamata” (2005-2008), “Diaqoras” (2008-2010) və “Pierikos” (2010-2011, 29 oyun, 3 qol) klublarında da çıxış edib.

Xəbər 932 dəfə oxundu.