“Rəvan”da qış fasiləsi başa çatıb
“Rəvan”da qış fasiləsi başa çatıb. Dekabrın 20-də istirahətə buraxılan komanda bu gün yenidən bir araya gəlib.
Komanda tam heyətlə toplaşmayıb. Belə ki, legionerlər düşərgəyə yanvarın 12-də qoşulacaq. Yerli futbolçular isə bu gün və sabah tibbi müayinədən keçərək, hazırlıqlara başlayacaq.
Qeyd edək ki, ilk “altılığ”a düşmək şanslarını itirən “Rəvan” təlim-məşq toplaşını üçün ölkə xaricinə çıxmayacaq.

Xəbər 790 dəfə oxundu.