“Qəbələ” daha iki futbolçusu ilə yollarını ayırıb
“Qəbələ” daha iki futbolçusu ilə yollarını ayırıb. Bölgə klubu Nodar Məmmədovun ardınca bir yerli və bir əcnəbi futbolçuya qapını göstərib.
Belə ki, komanda Elmar Baxşıyev və Muammer Erdoğdu ilə vidalaşıb. Baş məşqçi Ramiz Məmmədov bu futbolçuların xidmətində maraqlı olmayıb.
Qeyd edək ki, 32 yaşlı Elmar 2011-ci ildə keçdiyi “Qəbələ”də 20 oyun keçirib. O, əvvəllər “Xəzər Universiteti”, “İnter”, “Xəzər Lənkəran” və “Neftçi”də top qovub, milli komandamızda 30 oyuna çıxıb.
25 yaşlı Muammer Erdoğdu isə cari mövsümün əvvəlində “Turan”dan keçdiyi “Qəbələ”də cəmi 1 oyun keçirib. “Qalatasaray”ın yetirməsi olan türk futbolçu 2008-ci ildə gəldiyi ölkəmizdə “Xəzər Lənkəran”, “Kəpəz” və “Turan”da çıxış edib.

Xəbər 824 dəfə oxundu.