2012-ci ilin ən yaxşıları
FİFA və Fransanın “France Football” nəşri 2012-ci ilin ən yaxşılarını elan etdi. Milli komandaların baş məşqçiləri, kapitanları və jurnalistlər arasında keçirilən sorğuda Lionel Messi ardıcıl dördüncü dəfə qalib olaraq, “Qızıl top”a sahib çıxdı. Respondentlərin 41,6 faizinin səsini alan argentinalını Kristiano Ronaldo (23,68 faiz) və Andres İnyesta (10,91 faiz) izləyir.

Sorğuda millimizin baş məşqçisi Berti Foqts və kapitanı Rəşad Sadıqov da iştirak edib. Foqtsun seçimi sorğunun nəticələri ilə düz gəlməyib. Belə ki, alman çalışdırıcı birinci yerə Andres İnyestanı, ikinci yerə Kristiano Ronaldonu, üçüncü yerə isə Xavi layiq görüb. Qalib Messi isə heç onun ilk üçlüyünə də düşməyib.

Sadıqov isə dünyanın ən yaxşı futbolçularını tam dəqiqliklə müəyyənləşdirib. Belə ki, “Qarabağ”ın kapitanı birinci yerə Messini, ikinci yerə Ronaldonu, üçüncü yerə isə İnyestanı layiq görüb.

Bundan əvvəl 2009 və 2011-ci illərdə də qalibi düz tapan Rəşad ardılıc üçüncü dəfə dəqiq seçim edib. Foqts isə 2009 və 2010-cu illərdə olduğu kimi yenə səhv edib. O, ötən il dəqiq seçim etmişdi.

Xəbər 786 dəfə oxundu.