“Simurq” klubunun futbolçuları Azərbaycan yığmasında
Zaqatalanın “Simurq” klubunun futbolçuları Murad Səttarlı və Nicat Qurbanov Azərbaycan yığmasına dəvət edilmişlər.
Onlar 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının yanvarın 23-dən fevralın 1-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.
AzərTAc

Xəbər 798 dəfə oxundu.