Ender Günlü “Turan”a qayıdır
Ender Günlü “Turan”a qayıdır. Komandadan ayrılacağı deyilən türok əsilli fransalı futbolçu yenidən Tovuz klubunun düşərgəsində yer alacaq.
Başqa kluba keçəcəyi deyilən Ender “Turan”a dönəcəyini açıqlayıb: “Hazırda Fransada ailə üzvlərimin yanındayam. Amma bu həftə Azərbaycana qayıdacam. Qayıtmağıma səbəb isə “Turan”dı”. Mənə bu yaxın günlərdə komandanın toplanacağı ilə bağlı məlumat da verilib.
Qeyd edək ki, mövsümün əvvəlində Türkiyənin “Turqutluspor” klubundan gələn Ender “Turan”da 13 oyun keçirib və 3 qol vurub.

Xəbər 829 dəfə oxundu.