“Beşiktaş” heyətini gücləndirməyə davam edir
Qış transfer dövrəsində iki futbolçunu komandaya gətirən “Beşiktaş” heyətini gücləndirməyə davam edir. İstanbul klubu “Trabzonspor”un gənc hücumçusu ilə anlaşıb.

“Qara-qartallar” Qara dəniz təmsilçisinin 18 yaşlı forvardı ilə müqavilə bağlayıb.

Qeyd edək ki, “Beşiktaş” daha öncə “Ankaragücü”ndən Sinan Kurumuşu və “İstanbul BB”dan isə Gökhan Süzəni transfer etmişdir.

Xəbər 767 dəfə oxundu.