Belhandanın «yox»u «hə»yə çevrilib
«Fənərbağça»nın transfer gündəmində olan Fransa çempionu «Monpelye»nin mərakeşli oyunçusu Yunes Belhanda, ölkəsinin millisinin 2013-cü il Afrika Millətlər Kubokuna hazırlığı zamanı oteldə onun «sarı-lacivərdlilər»ə transferi barədə xəbərlərlə bağlı cavabının internet saytlarında yayılması, ilkin olaraq futbolçunu türk klubunda görmək istəyənləri məyus edib.

Mərakeş mətbuatında gedən xəbərdə «Fənərbağça»nın oyunçunu ciddi bir şəkildə istədiyi, ancaq Belhandanın qış transfer dövründə heç bir yerə getməyi planlaşdırmadığı ifadə edildi. Belhandanın ona verilən «Bir komandaya transfer olacaqsanmı?» sualına, «Nə? Xeyr, siz dəlisinizmi?» cavabını verməsi yazılarda yer alıb.

Bu cavabın ardından dünən Belhandanın «Fənərbağça» ilə anlaşdığı məlum oldu. 2014-cü ilə qədər «Monpelye» ilə müqaviləsi olan 22 yaşlı oyunçu ilə hər mövzuda razılaşan İstanbul klubu «Monpelye ilə də 12 milyon avroluq razılaşmaya gəlib.

Xəbər 826 dəfə oxundu.