«Beşikdaş» Səmih Şəntürkü istəyir
«Beşikdaş» transferdə sürpriz bir adı gündəminə gətirdi. «Qara-ağlılar» qolçu axtarışlarında üzlərini «Fənərbağça»lı Səmih Şəntürkə çevirdilər. İdman.com.az saytının məlumatına görə, meydana çıxa bilmədiyi üçün «Sarı-lacivərdlilər»də əhvalı xoş olmayan hücumiçunu sıralarına qatmağı düşünən «Beşiktaş» rəhbərliyi, türk futbolçuya PSJ-dən Nene transferindən yüksək dəyər səbəbi ilə imtina etdikdən sonra üz tutub. Baş məşqçi Səməd Aybaba da «Fənərbağça» oyun təcrübəsi görə bilməyən milli futbolçunun alınmasına müsbət yanaşır.

Digər tərəfdən təcrübəli mütəxəssis müdafiənin sol qanadına transferin reallaşmadığı təqdirdə həlli komandada tapmaq yolunda da axtarışlara başladı. Zədədən xilas olan Məhməd Ağgün, Antalya təlim-məşqlərindəki hazırlıq matçlarında həmin mövqedə sınanacaq.


Xəbər 971 dəfə oxundu.