«Qalatasaray»ın təlim-məşq proqramı bəlli olub
Superliqada mövsümün ilk yarısını zirvədə başa vuran «Qalatasaray»ın təlim-məşq proqramı bəlli oldu. İdman.com.az saytının məlumatına görə, ikinci yarı hazırlıqları yanvarın 2-də başlanacaq.

Bazada toplaşdıqdan sonra komanda ertəsi gün səhər məşqinin ardından sonra Alanyaya gedəcək. Orada 3 günlük məşqlərdən sonra «Qalatasaray» yanvarın 6-da axşam «Alanyaspor»la hazırlıq matçında qarşı-qarşıya gələcək.

Yanvarın 7-də Antalyaya yollanacaq komanda daha sonra məşqlərini orada keçirəcək.

Xəbər 1426 dəfə oxundu.