Trabzonda hədəf Potuk və Dərdiyox
İkinci dövrə hazırlıqları üçün Antalyada toplanan «Trabzonspor»da transfer işləri də davam edir. İdman.com.az saytının məlumatına görə, komanda xarici oyunçular sayının çoxluğu səbəbiylə yerli bazara yönələrək hədəfə Alper Potukla Almaniyada «Hoffenhaym»ın formasını geyinən Ərən Dərdiyoxu alıb.

«Qaziantepspor»lu Cenk Tosun transferinin yüksək dəyər səbəbilə çətinə düşməsindən sonra trabzonlular İsveçrə millisinin formasını da geyinən türk əslli Dərdiyox üçün alman klubuyla təmasa keçdilər. Eren üçün mövsüm sonuna qədər satın alınmaq davamı ilə icarəyə götürmə variantını gündəminə alan «Trabzonspor» Bremen «Verder»indən Məhməl Əkici üçün də cəhdlərini davam etdirir.

«Trabzonspor»un mövsüm başından bu yana heyətinə qatmaq istədiyi «Eskişehirspor»lu Alpər Potukla bağlı yenə irəlilələyiq olmadı. Qarşı tərəfin 5 milyon avrodan aşağı enməməsi və Ərsun Yanalın Alpəri buraxmaq istəməməsi transferin qarşısını alır. Ancaq Yanalın «Trabzonspor»u çalışdırdığı dövrdə komandaya qazandırdığı braziliyalı Alanzinyonu mübadilədə istifadə etmək istəyən komandanın bu variantla «Əskişəhərspor»un qapısını yenidən döyməsi gözlənilir.

Talib olduqları oyunçularda ya yüksək ödəniş, ya da ailə problemlərilə qarşılaşdıqlarını deyən «Trabzonspor»un başçısı Sədri Şənər qış transfer dövründə tələsikliyə yol verməyəcəklərini deyib.

Ərən Dərdiyox üçün danışıqların aparıldığını deyən klub prezidenti «Heyətimizə bir-iki oyunçu qatmağı planlaşdırırıq və bunun üçün önümüzdə daha bir ay zamanımız var. Bu səbəblə tələsiklik etmirik, Ərənlə maraqlanırıq, ancaq Cenk Tosun üçün «Qaziantepspor»un qarşıya qoyduğu şərtlər bu transferi çətinə salır» deyib.

Xəbər 942 dəfə oxundu.