Qocamanın transfer hesabatı
«Fənərbağça»da gözlənilən toplantı reallaşdı. Aykut Kocaman köməkçiləri vasitəsilə klub rəhbərliyinə transfer hesabatını əks etdirən iki qovluğu təqdim etdi. İdman.com.az saytının məlumatına görə, «Fənərbağça»nın prezidenti Əziz Yıldırımın əvvəlki günlərdə «Qış transferdə 3 oyunçu alacağıq» şərhindən sonra transfer gündəmi dərhal hərəkətə gəlib.

Aykut Qocaman komandaya bir ehtiyat forvard, bir hücuma meylli yarımmüdafiəçi və bir də stopper alınmasını istəyib. Baş məşqçinin verdiyi namizədlər siyahısında isə təxminən 15 oyunçunun olduğu bəlli oldu. Klub rəhbərliyi ilə məşqçinin forvard mövzusunda fikir mübadiləsinin olduğu bildirilir. «Fənərbağça» buradakı çətinliyi Mərd Nobre ilə həll etmək istəyir.
Aykut Kocamanın transfer siyahısında ilk beşlikdə olan futbolçulardan 3-ü «Mersin İdmanyurdu»ndan Mert Nobre, «Monpelye»dən Mapu Yanqa-Mbiva, yaz dövründə müəyyən səbəblərdən transferi təxirə salınan milli futbolçu Sercan Saraerdir.

Qocamanın verdiyi hesabatda hələ futbol bazarında özünə böyük yer tapa bilməmiş bəzi gənc oyunçular da var. Məşqçinin bu futbolçularla təmasa keçilməsini istədiyi və yay transfer dövründə bu oyunçuların vəziyyətlərinin təkrar dəyərləndiriləcəyi də öyrənilib.

Qocamanın siyahısında olan adlar sırasında bu futbolçular var: Mert Nobre («Mersin İdmanyurdu»), Mapu Yanqa-Mbiıa («Monpelye»), Sercan Saraer («Qröyter Fürt»), Matyu Valbuena («Marsel»), Emanuel Emenike («Spartak» Moskva), Loik Remi («Marsel), Eren Derdiyok («Hoffenhaym»), Mauro Zarate («Latsio»), Nikolas Parexa («Spartak» Moskva), Filip Mekseş («Milan»).
Son günlərdə adı «Fənərbağça» ilə bağlı xatırlanan ispan forvard Fernando Lyorente («Atletik») isə klubun transfer siyahısında yer almayıb. Digər yandan, klub rəhbərliyi Uesli Sneyder mövzusunda gözləmə siyasətini tətbiq edir.

Xəbər 875 dəfə oxundu.