«Liverpul» və «Arsenal» Turan mübarizəsində
Madrid «Atletiko»sunun türk yarımmüdafiəçisi Arda Turan karyerasını İngiltərədə davam etdirə bilər. «El Mundo Deportivo» verdiyi xəbərə görə, Türkiyə yığmasının 25 yaşlı futbolçusuyla «Liverpul» və «Arsenal» maraqlanırlar.

Havbek özü dəfələrlə Dumanlı Albionda gücünü sınamaq istədiyini bildirib. Lakin potensial alıcıları futbolçunun buraxılış dəyəri qorxudur. Arda Turanın müqaviləsində əks olunan bu məbləğ 24 milyon avroya bərabərdir.

İdman.com.az saytının məlumatına görə, cari mövsümdə Arda Turan La Liqada 16 oyunda 4 qol vurub və 5 qol ötürməsi verib.

Xəbər 1161 dəfə oxundu.