Ronaldo subay oldu
İkiqat dünya çempionu Ronaldo xanımı Mariya Beatris Antoni ilə boşandığını elan edib. Braziliyalının sözünə bomba effekti yaradıb. Belə ki, əvvəllər belə hesab olunurdu ki, Antoni ümumiyyətlə, Ronaldonun həyat yoldaşı deyil, rəfiqəsidir. Onlar birlikdə 7 il yaşayıblar. Bu illər ərzində Antonii Ronaldodan iki qız – Mariya Sofiya və Mariya Alisunu dünyaya gətirib.

İdman.com.az xəbər verir ki, 1997-ci ildə Ronaldo braziliyalı aktrisa Süzanna Vernerlə görüşməyə başlamışdı. Onların ehtiraslı məhəbbəti 1999-cu ildə başa çatıb və cütlük ayrılıb. Superforvardın növbəti sevgisi futbolçu Milena Dominges oldu. Bu, ilk baxışdan sevgi idi. Ronaldo Milenanı ilk dəfə televizorda görmüşdü. 2000-ci ildə onlar evləniblər. 5 ildən sonra isə ayrıldılar. Hətta oğulları Rolandın dünyaya gəlməsinə baxmayaraq.

Sonradan Ronaldodan tanınmış model Daniela Sikarelli hamilə qaldı. Lakin Daniela övladını dünyaya gətirə bilməyib. Sonra Ronaldonun ağlını başından başqa model – Rayka Oliveyra çıxardıb. Sonra isə Antonii ilə evlənib. Ronaldonun braziliyalı ofisiant bir qızla da kurort məhəbbəti də olub. Bu əlaqə də Aleksandr adında oğlanın dünyaya gəlməsi ilə nəticələnib.

Xəbər 1288 dəfə oxundu.