«Malyorka»nın prezidenti rəsmən getdi
İspan «Malyorka»sının prezidenti Jaume Kladera öz vəzifəsindən getdiyini bəyan edib: «Klubun xeyrinə olacaq bir qərar verməyin vaxtı çatıb. İndi mənim istefam üçün əsl vaxtdır. Mən ona görə gedirəm ki, klub yaxşı vəziyyətdədi və daha da yaxşı fəaliyyət göstərə bilər.

Burada fəaliyyətimin 2 il yarımında, şübhəsiz, uğurlar da olub, nöqsanlar da. Lakin istənilən halda kluba özümü həsr etmişəm. Xüsusən də əvvəl mövcud olmuş maliyyə vəziyyətini nəzərə almaqla. Nəzərə çatdırım ki, 2010-cu ildə mən gələndə klubun borcları 78 milyon avroya çatırdı. İndi bu rəqəm 11 milyona enib. Üstəlik klubun əməliyyat gəliri 16,5 milyon avrodan 20,1 milyona yüksəlib».

İdman.com.az saytının məlumatına görə, hazırda «Malyorka» İspaniya çempionatında 17 oyuna 16 xalla 16-cı pillədədir.

Xəbər 930 dəfə oxundu.