Messi ildən məyus ayrılır
«Barselona»nın argentinalı ulduzu Lionel Messi futbol tarixinə keçdiyi 2012-ci ili dəyərləndirib. Messi, bir təqvim ilində ən çox qol vuran oyunçu adını əlinə keçirsə də, böyük bir turnirin qalibi ola bilmədən bağladığı 2012i-ci ildən məyus ayrıldığını söyləyib.

Çempionlar liqasının və La Liqanın bombardiri olan və il ərzində 91 qol vuran futbolçu komandasının adıçəkilən turnirlərdən birində qələbəni «Çelsi»yə, digərində «Real»a vermələrindən məyusdu.

Messi xüsusilə Çempionlar Liqasının yarımfinalındakı təkrar matçda «Çelsi»nin qapısından penaltini keçirə bilməməsini unuda bilmir. İdman.com.az saytının məlumatına görə, futbolçu mövsümü özü üçün belə dəyərləndirib:

«Ən əsası komanda uğurudu. Komanda kuboku daşımadığı müddətdə vurduğum qolların bir əhəmiyyəti yoxdur».

Ötən mövsümü yalnız Kral Kuboku ilə tamamlayan «Barselona» yeni ildə inamla irəlilədiyi La Liqada tempi qoruyarsa, argentinalı ulduz özünü xoşbəxt saya bilər.

Xəbər 845 dəfə oxundu.