Demba Banın müqaviləsi razılaşdırılıb
London «Arsenal»ı «Nyukasl»ın forvardı Demba Banın transferini başa vurmaq üzrədi. Klaas-Yan Huntelaarın danışıqları baş tutmadıqdan sonra Arsen Vengerin əsas məqsədi seneqallı futbolçu olub.

Vengeri forvarda ödənilən məbləğ təmin etdi (təxminən 7,5 milyon funt). O, artıq Baya həftəlik 100 min funt təklif edib. Üstəlik «Arsenal» futbolçuya digər iddialı klublardan ona görə üstün durumdadı ki, Fransada doğulmuş Ba özü Vengerin rəhbərliyi altında oynamaq istəyini bildirib.

İdman.com.az saytı məlumat verir ki, hər şey transferin baş tutmasına doğru gedir. Sadəcə, hər iki klubun formal razılığını təsdiqləmək qalıb.

Xəbər 1209 dəfə oxundu.