Dieqo Milito Argentinaya dönəcək
Milan «İnter»inin forvardı Dieqo Milito Argentinaya dönmək istəyir. Ancaq yaxın vaxtlarda yox, gələcəkdə.

İdman.com.az saytı məlumat verir ki, futbolçu Argentina klublarının birində oynamaq istəyir. Bununla belə, 33 yaşlı forvardı indiki komandasında hər şey təmin edir:

«İnter»də özümü əla hiss edirəm. Həmişə komandaya daha çox fayda vermək istəyirəm. İndi mənim müqaviləm var. Ancaq gələcəkdə Argentinaya dönmək istəyirəm.

Xəbər 1047 dəfə oxundu.