Pepe Portuqaliyada ilin adamıdır
Madrid “Real”ının yarımmüdafiəçisi Pepe Portuqaliyada ilin adamı seçilib. “Record” qəzeti hər il bu mükafatı ölkənin ən vacib şəxsinə verir. Mükafat qəzetin redaktoru olmuş, ötən il dünyasını dəyişmiş Artur Aqustinyonun adını daşıyır.

Öncəki mükafatları Kriştianu Ronaldu və Joze Maurinyu qazanıblar. İndiki mükafatın təqdimində Madrid “Real”ının forvardı, Fabiu Koentrau və Jorje Mendeş də içtirak edirdilər.

İdman.com.az saytı məlumat verir ki, Pepe mükafatı alarkən bu sözü deyib: “Bu mükafatı aldığıma görə çox şadam. Mənə dəstək verən insanlara minnətdaram. Ən əsası da komanda yoldaşlarıma. Onlar olmadan bu mükafata layiq görülməzdim”.

Xəbər 947 dəfə oxundu.