Del Pyero Sidneydən getmək istəmir
«Sidney»in forvardı Alessandro Del Pyero qeyd edib ki, onu Avstraliyada hər şey təmin edir. Onun sözünə görə klubu ilə yeni müqaviləsi ilə bağlı danışıqlar fəal mərhələsindədir.

«Mənim qardaşım «Sidney»lə danışıqlarla məşğuldur. Bu mənim deyil, onun problemidir. Məni Avstraliyada hər şey təmin edir. Sadəcə komandanın daha çox qələbələr qazanmağı qalır» - deyə Del Pyero açıqlamasını verib.

İdman.com.az saytı məlumat verir ki, ulduz futbolçunun «Sidney»lə hazırkı müqaviləsi mövsümün sonunda bitir. Cari çempionatda italiyalı 10 oyun keçirib və bu oyunlarda 5 qol vurub, 2 qol ötürməsi verib.

Xəbər 1086 dəfə oxundu.