«Rubin»in sükanına Bışovets keçə bilər
Kazan «Rubin»in sükanında Qurban Berdıyevi Anatoli Bışovets əvəz edə bilər. İdman.com.az saytı məlumat verir ki, bu xəbər Rusiya mətbuatında çıxıb. Mütəxəssis özü də Rusiya Premyer-liqasının iddialı komandalarından birindən təklif aldığını təsdiq edib:

«Həqiqətən də bu yaxınlarda RFPL komandalarından birindən təklif almışam. Klubun adını çəkmək istəmirəm. Çünki hələlik heç nə aydın deyil. Onu deyə bilərəm ki, bu, iddialı bir komandadı və qarşısına ən yüksək məqsədləri qoyur. Görək gələcəkdə nə olur».

Xəbər 976 dəfə oxundu.