İngiltərə Premyer Liqasında XX turun oyunlarına start verilib
İngiltərə Premyer Liqasında XX turun oyunlarına start verilib. İlk oyun günündə 8 qarşılaşma reallaşıb.

Son ölkə çempionu "Mançester Siti" səfərdə "Norviç"in qonağı olub. Bu matçda azarkeşlər bol qollu oyuna şahidlik edib. 7 topun vurulduğu görüşdə “şəhərlilər” 3:4 hesabı ilə qələbə qazanıb.

Turnir cədvəlinin hazırkı lideri "Mançester Yunayted" evində "Vest Bromviç"lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma “qırmızı şeytanlar”ın inamlı qələbəsi ilə başa çatıb.

"Stok Siti" - "Sauthempton" görüşündə isə qalib müəyyənləşməyib - 3:3

Günün ən çox bol qollu matçı isə Londonda baş tutub. Burada "Nyukasl"ı qəbul edən yerli "Arsenal" 3 xala sevinib. İlk hissədə hərəyə bir dəfə fərqlənən tərəflər ikinci yarıda da qollarını vurmağa davam edib. Bu toplardan ikisini “sağsağanlar”, digər altısını isə meydan sahibləri rəqibin qoruduğu qapıdan keçirib.

Beləliklə, "Nyukasl"ı 3:7 hesabı ilə üstələyən "Arsenal" turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının XX turuna bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.


İngiltərə Premyer Liqasında

XX tur

29 dekabr

"Sanderlend" - "Tottenhem" - 1:2
O Şi, 40, - Kuellar, 48-avtoqol, Lennon, 51

”Aston Villa” - “Uiqan” - 0:3
Ramis, 3, Boys, 52, Kone, 56

"Fulhem" - "Suonsi" - 1:2
Ruiz, 56 - Qraham, 19, Quzman, 52

"Ridinq" - "Vest Hem" - 1:0
Poqrebnyak, 5

"Mançester Yunayted" - "Vest Bromviç" - 2:0
Makauley, 9-avtoqol, Van Persi, 90

"Stok Siti" - "Sauthempton" - 3:3
Cons, 16, Apson, 36, Jerom, 90 - Lambert, 10, Rodriqez, 24, Vilkinson, 36-avtoqol

"Norviç" - "Mançester Siti" - 3:4
Pilkington, 14, Martin, 63, Martin, 75 - Dzeko, 2; 5, Aquero, 50, Bann, 67-avtoqol

"Arsenal" - "Nyukals" - 7:3
Uolkot, 20; 73; 90, Çemberlein, 51, Podolski, 64, Jiru, 85; 87 - Demba Ba, 43; 69, Marveauks, 59

30 dekabr

"Everton" - "Çelsi"

KPR - "Liverpul"

Xəbər 903 dəfə oxundu.