Ronaldinyo yenidən milli komandasına qayıtmağı arzulayır
Braziliyanın məşhur futbolçularından olan Ronaldinyo yenidən ölkəsinin milli komandasında çıxış etməsini açıqlayıb. 32 yaşlı yarımmüdafiəçi bu haqda Hindistanda mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

O, DÇ-2014-də Neymar və Leandro Damiaoya kömək etmək niyyətində olduğunu vurğulayıb:

“Vətənimdə dünya çempionatı oynamaq qədər heç nə düşünmək istəmirəm. Bu fürsəti əldən çıxarmaq fikrində deyiləm. Çempionatda komandamızın heyətində olmağı arzulayıram. Bu mənim və ya hər bir braziliyalı futbolçunun arzusudur. Həmçinin meydanda Neymar və Leandro Damiaoya da kömək etmiş olardım”.

Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə Braziliya ilə dünya çempionluğunu qazanıb.

Xəbər 2435 dəfə oxundu.