Falkao ilin futbolçusudur
Madrid “Atletiko”sunun forvardı Radamel Falkao dünyada ilin ən yaxşı futbolçusu kimi mükafat alacaq. O bu şərəfə “Globe Soccer Awards”ın versiyasına görə layiq görülüb. Bununla bağlı bu gün Dubayda qala konsert keçiriləcək. Bütün mərasim isə bazar günü başa çatacaq.

İdman.com.az saytı xəbər verir ki, kolumbiyalı futbolçu 2012-ci ildə 49 qol vurub. Məhz onun qollarının sayəsində “Atletiko” hazırda İspaniya çemponatında 2-ci yeri tutur. Falkao həmçinin Avropa Liqasının finalında “Atletik”lə oyunda etdiyi dubl və Avropa Superkuboku uğrunda matçda “Çelsi” ilə matçda het-triki ilə diqqəti çəkib.

Xəbər 1057 dəfə oxundu.