“İnter”in futbolçusu cəzalandırılıb
“İnter”in futbolçusu Andrea Rannokiya İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.
Oyunçu görüşün dördüncü hakiminə qarşı nalayiq ifadələr işlətdiyinə görə İtaliya çempionatının növbəti iki turunu buraxacaq. İnsident dekabrın 22-də 1:1 hesabı ilə yekunlaşan “İnter” – “Cenoa” oyununda baş verib.

Qeyd edək ki, bu, Rannokiyanın ikinci diskvalifikasiyasıdı.

Xəbər 843 dəfə oxundu.