“Bakı” Ukraynadan məşqçi dəvət etməyə qərar verib
Cari mövsümdə uğursuz çıxış edən “Bakı” Ukraynadan məşqçi dəvət etməyə qərar verib. Paytaxtın eyniadlı təmsilçisinin rəhbərliyi Vladimir Şexovtsevi məşqçilər korpusunda görmək niyyətindədir.

Daha çox vətənində “Gelios” klubunu çalışdırmaqla tanınan mütəxəssis 8 il bu komandada fəaliyyət göstərib. Qapıçıların çalışdırıcısı və baş məşqçi kimi klubuna xidmət edən Şexovtsev Xarkov təmsilçisini 2-ci dəstədən 1-ciyə yüksəldib.

Qeyd edək ki, “Bakı” daha 1 ukraynalı – hücumçu Roman Loktionovu da heyətinə qatmaq arzusundadır.

Xəbər 1029 dəfə oxundu.