Stramaççoni Uesli Sneyderlə bağlı açıqlama verib
Avropa Liqasında “Neftçi”nin rəqibi olan İtaliya “İnter”inin baş məşqçisi Andrea Stramaççoni komandadan getməyə hazırlaşan Uesli Sneyderlə bağlı açıqlama verib. İtaliyalı gənc çalışdırıcı hollandiyalı futbolçunu Milan klubunda saxlamaq istəyir.

O, yarımmüdafiəçinin komandada qalacağına əmindir.

“Sneyder bilməlidir ki, bir oyunçu formaya layiq görülərsə mən həmin formanı ona verərəm. Əks halda o futbolçunu heyətdən kənarlaşdıraram. Əminəm ki, Uesli məni buna yenidən inandıracaq”.

Qeyd edək ki, 28 yaşlı futbolçu ilə “Tottenhem” yaxından maraqlanır.

Xəbər 841 dəfə oxundu.