Dünya çempionatına yekun vurulub | |
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən şahmat üzrə şəhərlərarası dünya çempionatına yekun vurulub. Mundialın finalında Bakı komandası Hollandiyanın Hoqeven şəhərinin zəka sahibləri ilə qarşılaşıb. Oyun rəqibin 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Eltac Səfərli Giri Anişlə, Rauf Məmmədov İvan Sokolovla, Vasif Durarbəyli Yan Smitslə heç-heçə etdiyi halda, Nicat Məmmədov Sergey Tiviakova uduzub. Nəticədə Hoqeven yarışın çempionu, Bakı isə gümüş medalçısı olub. Üçüncü yer uğrunda Novi Sadla (Serbiya) Daşkənd (Özbəkistan) heç-heçə oynasa da, əlavə göstəricilərə görə birinci bürünc medala layiq görülüb. |
|
Xəbər 765 dəfə oxundu. |
|
|