Luqano yenidən Braziliyaya qayıda bilər
“Fənərbaxça”dan ayrıldıqdan sonra PSJ-yə transfer olunan və Paris klubunun heyətindən kənarda qalan Dieqo Luqano yenidən Braziliyaya qayıda bilər. Uruqvaylı müdafiəçi bundan sonra “San-Paulo”nun şərəfini qorumağa çox yaxındır.

Artıq təcrübəli futbolçu Braziliya təmsilçisinin rəhbərliyi ilə də danışıqlara başlayıb. Lakin birinci görüşmədə tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, Dieqo Luqano 2003-cü ildən 2006-cı ilə qədər “San-Paulo”nun formasını geyinib. Bu klubda 176 matçda meydana çıxan 32 yaşlı müdafiəçi 11 qolla imza atıb.

Xəbər 1062 dəfə oxundu.