İbrahimoviçin adı ölkəsi tərəfindən şərəfləndirilib
PSJ-nin formasını geyinən isveçli ulduz Zlatan İbrahimoviçin adı ölkəsi tərəfindən şərəfləndirilib. 31 yaşlı futbolçunun adı İsveçin milli lüğətinə daxil edilib.

Bu ölkənin dil şurası “Zlatan” sözünü bu gündən etibarən “qabiliyyət” mənası olaraq təsdiq edib.

Qeyd edək ki, Çempionlar Liqasında Zlatan İbrahimoviç 6 klubunun heyətində rəqib qapılarına qol vurmağı bacarıb

Xəbər 826 dəfə oxundu.