2012-ci ilin dünyanın ən yaxşı məşqçisi
Joze Mourinyo 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib. 49 yaşlı portuqaliyalı mütəxəssisə “Globe Soccer Awards”ın versiyasına əsasən ilin məşqçisi mükafatı Dubayda məşhur “Bürc Xəlifə” otelində verilib.

Münsiflər heyətinin tərkibinə “Real”ın sabiq futbolçusu Luiş Fiqu, “Portu”nun prezidenti Pintu da Koşta, “Milan”ın vitse-prezidenti Adriano Qalliani ilə yanaşı, yaxında “Bakı” ilə rəsmi əməkdaşlıq çərçivəsində paytaxtımızda olan Madrid “Atletiko”sunun direktoru Migel Anhel Hil Marin olub. Mourinyo isə Birləşmiş Ərəb Əmirliklərinə həyat yoldaşı və 2 qızı ilə birgə gəlib. Yaxşı əhval-ruhiyyədə olan çalışdırıcı daim gülürmüş.

Portuqaliyalı bu gün Madridə komandasını çempionatının növbəti turuna hazırlaşdırmaq üçün qayıdacaq.

Qeyd edək ki, Mourinyo FİFA-nın versiyasına görə ilin ən yaxşı məşqçisi olmağa da namizəddir.

Xəbər 1088 dəfə oxundu.