«Fənərbağça» Sədri Şənərdən şikayət edib
«Fənərbağça» portuqaliyalı futbolçusu Raul Meyreles haqqında irqçi ifadələr işlətməsi səbəbi ilə «Trabzonspor»un prezidenti Sədri Şənərdən Türkiyə Futbol Federasiyasına şikayət edib.

İdman.com.az saytı xəbər verir ki, gileydə qara dənizlilərin başqanının ötən bazar günü bir televiziya proqramında Raul Meyrelesə yönələn irqçi ifadələrin olduğu qeyd edilir.

«Fənərbağça»nın rəsmiləri bu səbəbdən ölkə futbol federasiyasının nizam-intizam komitəsindən bu insidentlə bağlı sərt qərar verilməsini ğələb ediblər.

Xəbər 809 dəfə oxundu.