Ən məhsuldar oyunçular
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) karyerasını davam etdirən oyunçular arasında ən məhsuldarlarının siyahısını açıqlayıb. Milli çempionatlarda 200 və daha çox qol vuranların siyahısında 19 futbolçu yer alıb.

Onlardan ikisi siyahısına yeni daxil olub. Bunlar isveçrəli Aleksandr Fray və rumıniyalı İonel Dançuleskudur. Onlar müvafiq olaraq, 207 və 222 qola imza atıblar.

36 yaşlı Dançulesku Azərbaycan futboluna tanış simadır. O, 2011-ci ilin sonlarında “Xəzər Lənkəran”a təklif olunmuşdu. Lakin qısa fasilələri nəzərə almasaq, son 12 ildə İonelin çıxış etdiyi Buxarest “Dinamo”sunun şərtləri lənkəranlıları qane etməmişdi. Bu üzdən cənublular Dançuleskudan imtina etməyə qərar vermişdi.

Qeyd edək ki, rumıniyalı siyahıda 12-ci yeri ələ keçirməklə Kriştianu Ronaldo, Françesko Totti və Samuel etoo kimi ulduzları da arxada qoyub.

Xəbər 842 dəfə oxundu.