Ən yadda qalan 12 futbol hadisəsi
2012-ci ildə baş verən və ən yadda qalan futbol hadisələri FİFA tərəfindən müəyyənləşdirlib.

Sportal.az xəbər verir ki, siyahıda ilin ən maraqlı 12 futbol hadisəsi qeyd olunub. Həmin hadisələri təqdim edirik:


1. Zambiya millisinin Afrika kubokunun qalibi olması.

2. İngiltərə Federasiya kuboku (FA) çərçivəsində keçirilən "Tottenhem" - "Bolton" matçında qonaqların futbolçusu Fabrise Muambanın qəfildən ürəyinin dayanması və onun kliniki ölüm keçirməsi.

3. "Mançester Siti" klubunun hücumçusu Serxio Aqueranın vurduğu qolla komandasına İngiltərə çempionluğu qazandırması.

4. Çempionlar Liqasının qazanılmasında böyük pay sahibi olan Didye Droqbanın "Çelsi"dən ayrılması.

5. Taiti millisinin Okeaniya çempionu olması.

6. Şotlandiya nəhəngi "Qlazqo Reyncers"in iflasa uğraması və aşağı liqaya yuvarlanması.

7. "Avro-2012"nin 1/4 finalında İtaliya millisinin aparıcı futbolçusu Andrea Pirlonun İngiltərə yığmasının qapısına vurduğu "Panenka" penaltisi.

8. İspaniya yığmasının ardıcıl ikinci dəfə Avropa çempionu olması.

9. Futbol üzrə ABŞ-ın qadınlardan ibarət yığmasının olimpiya çempionluğunu qazanması.

10. Yoldaşlıq görüşündə İsveç millisinin hücumçusu Zlatan İbrahimoviçin İngiltərə yığmasına 4 qol (poker) vurması.

11. "Barselona"nın hücumçusu Lionel Messinin yeni dünya rekordunu (bir il ərzində ən çox qol vuran futbolçu - 91 qol) müəyyənləşdirməsi.

12. Braziliyanın "Korintias" komandasının klublararası dünya çempionatının qalibi olması.

Xəbər 897 dəfə oxundu.