Alessnadro Çiappini Polşa yığmasını çalışdıra bilər
“Azərreyl”in baş məşqçisi Alessnadro Çiappini Polşa yığmasını çalışdıra bilər. İtaliyalı mütəxəssis komandadan baş məşqçi Alozi Sviderekin gedişindən sonra bu posta 2 namizəddən biridir.

Belə ki, polşalıların namizədlər siyahısında cəmi 2 ad var ki, hər 2-si də italiyalıdır. Onlardan biri Çiappini olduğu halda, digəri hazırda “Qalatasaray”ı çalışdıran Massimo Barbolinidir. Lakin sonuncunun Türkiyə millisinin “sükanı” arxasına keçməsi üçün yalnız rəsmi sənədə imza atması qaldığı da müzakirə mövzusudur. Bunun üçün Çiappininin polşalılarla anlaşacağı daha real görünür.

Ötən il “Atom”a bu ölkənin çempionluğunu qazandıran çalışdırıcı Polşa voleyboluna yad da deyil. O, “Azərreyl”də işləyə-işləyə, yığmanı da oyunlara çıxara bilər. Çünki bu voleybol dünyasında demək olar ki, adi haldır. “Rabitə”nin məşqçisi Marçello Abbondanza da Bolqarıstan millisində eyni funksiyanı həyata keçirir.

Qeyd edək ki, Polşa Voleybol Federasiyası tezliklə yeni çalışdırıcının adını açıqlamağı planlaşdırır.

Xəbər 835 dəfə oxundu.