Georgi Demetradze yeni il həbsxanada keçirməli olacaq
Azərbaycan çempionu olan tanınmış gürcü futbolçu Georgi Demetradze yeni il həbsxanada keçirməli olacaq. 2009-cu ildə “Bakı”nın heyətində milli çempionatımızın qalibi olan 36 yaşlı hücumçu ölkəsinin prezidenti Mixail Saakaşvilinin əfv fərmanını gözləyir.

Siyasi məhbuslar arasında olan futbolçunun azadlığı çıxarılmağı yeni ildən sonraya qalıb. Halbuki Demetradze bildirib ki, amnistiyaya düşən kimi dekabrın 12-də azad olunmalı idi. Ancaq hələ oktyabrda Saakaşvilinin bağışlayaraq, cəzasını 2 dəfə azaltdığı Demetradze həbsxanadan çıxa bilmir.

2010-da tutularaq, 2011-nin martında əmlakı müsadirə olunmaqla 6 illik həbs cəzası alan Georginin bağışlanmağı ilə bağlı Gürcüstanın tanınmış futbolçuları Kaxa Kaladze ilə Şota Arveladze ölkə rəhbərliyinə müraciət etmişdi. Bu ilin sentyabrında Kaladzenin üzvü olduğu “Gürcü arzusu” partiyası hakimiyyətə gələndən sonra futbolçunun cəzasının yüngülləşdirilməyinə nail olunub.

Xəbər 1234 dəfə oxundu.