Dünyanın ən yaxşı futbolçusu
“Atletiko”nun və Kolumbiya yığmasının hücumçusu Radamel Falkao dünyanın ən yaxşı futbolçusu seçilib. Bu, Globe Soccer Awards”ın versiyasına görədir və onunla bağlı bu gün Dubayda başlayacaq tədbir bazar günü yekunlaşacaq. Falkaoya bu il dünyanın ən yaxşı futbolçusu sayılmağı ilə bağlı mükafat təqdim olunacaq.

Hücumçu 2012-ci ildə 49 qol vurub. Bunun çoxu Madrid təmsilçisinin heyətində olub ki, nəticədə komandası İspaniya çempionatının cari mövsümündə “Barselona”dan sonra 2-ci yerdə gedir. Kolumbiya Avroliqanın finalında digər İspaniya təmsilçisi “!Atletik”ə 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubl edib. Ancaq onun ən böyük əməyi bundan az sonra “Çelsi”ni Avroliqanın finalında 4:1 hesabı ilə yendikləri oyunda vurduğu 3 qoldur.

Xəbər 927 dəfə oxundu.