2012-ci ilin ən yaxşı hakimi
“The Third Team” saytı 2012-ci ilin ən yaxşı hakiminin adını açıqlayıb. Birinci yerə türkiyəli referi Cüneyt Çakır layiq görülüb. O, 82 xal toplayıb.

İkinci pilləni isə Çakırdan 21 xal az toplayan kolumbiyalı hakim Vilmar Roldan tutub. 58 xalla portuqaliyalı referi Pedro Proença isə 3-cü olub.

Qeyd edək ki, Cüneyt Çakır sonuncu dəfə Yaponiyada təşkil edilən klublar arası dünya çempionatının final oyununu idarə edib.

Xəbər 923 dəfə oxundu.