Qocamanın istefası
«Fənərbağça» evdə «Karabükspor»a 1:3 hesabı ilə yenildikdən sonra, komandanın baş məşqçisi Aykut Kocaman istefa verib. İdman.com.az saytının məlumatına görə, matçın ardından təşkil edilən mətbuat konfransına hər zamankından gec gələn mütəxəssis bunları deyib:

«Matçla əlaqədar izah edəcək çox bir şey yoxdu. Matçdan danışmağın dabir mənası yoxdu. Öz problemlərimizi önə çıxarıb, onların haqqını yeməməliyik. Matçdan əvvəl də, gözlədiyimiz kimi. düşündüyümüz hər şeyi etməyə imkan tapdılar. Sürətli oyunçuları vardı. Bütün oyunun tarazlığını pozan Lua-Lua kimi mərkəz oyunçuları vardı. 3 xal onların haqqı idi».

Bunun ardından «Mənim bura gəlməyimin əsas səbəbi budur ki...» dedikdən sonra Kocaman istefasını açıqlayıb: «İki il yarımdır ki, bu şərəfli vəzifəni yerinə yetirirəm. Bu vəzifəni artıq davam etdirəcək gücü özümdə tapa bilmirəm».

Klub rəhbərliyi Qocamanın istefasını qəbul etməyib. Komandanın prezidentinin də türkiyəli mütəxəssisi istefa fikrindən döndərdiyi qeyd olunur.

Xəbər 802 dəfə oxundu.