İsko Avropanın ən yaxşı gənc futbolçusudur
«Malaqa»nın yarımmüdafiəçisi İsko İtaliyanın «Tuttosport» nəşrinin versiyasına görə, Avropanın ən yaxşı futbolçusu seçilib. «Malaqa»nın rəsmi saytının verdiyi xəbərə görə, «Qolden Boy» mükafatı uğrunda seçimlərdə 20 yaşlı ispaniyalı 137 xal toplayıb. Ən yaxşı gənc futbolçunu qitənin 30 nüfuzlu və tanınmış jurnalisti seçib.
İspaniyalı yarımmüdafiəçi bu səsvermədə sonrakı iki yeri tutan «Milan»ın forvardı Stefan El-Şaaravini və «Atletiko»nun qapıçısı Tibo Kurtuanı qabaqlayıb.

Səsvermənin qalibi bununla bağlı təəssüratlarını mətbuatla bölüşüb: «Mən çox şadam. Bu əladır! Mənə qədər bu adı qazanan futbolçuların siyahısına baxıram və bu adlar məni heyrətə gətirir. Düşünürəm ki, «Qızıl oğlan» mükafatı mənə əsl futbol ulduzu olmağa kömək edəcək. Necə ki, məndən əvvəlkilər buna nail olmuşdular. Qalib gəlməyimi gözləmirdim. Düşünürdüm ki, bu, bir zarafatdır. Məni bir dəfə ispan yığmasına çağırmışdılar. İstəyirəm ki, Del Boskeyə bu köynəyi bir daha geyinəcəyimi sübut edim».

İdman.com.az saytı xəbər verir ki, bu mükafat 2003-cü ildən təqdim edilir. Onun ilk laureatı «Ayaks»ın yarımmüdafiəçisi Rafael van der Vart olub. Sonrakı illərlə mükafata Ueyn Runi («Mançester Yunayted», 2004), Lionel Messi («Barselona», 2005), Sesk Fabreqas («Arsenal», 2006), Serxio Aquerro («Atletiko Madrid», 2007), Anderson («Mançester Yunayted», 2008), Aleşandre Pato («Milan», 2009), Mario Balotelli («Mançester Siti», 2010) və Mario Götse («Borussiya»D, 2011).

Xəbər 1066 dəfə oxundu.