“Omiçka”nın CEV kubokunda “Tomis”lə cavab matçının vaxtı bilinib
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”nın CEV kubokunda “Tomis”lə cavab matçının vaxtı bilinib. “Çelenc raund”un ilk oyununa yanvarın 15-də Rumıniyada çıxacaq Omsk təmsilçisi ev qarşılaşmasını 8 gün sonra keçirəcək.

Yanvarın 23-nə təsadüf edəcək matç Bakı saatı ilə 16:00-da başlayacaq.

Qeyd edək ki, “Omiçka” yarışın 1/8 finalında “İqtisadçı”ya, 1/4 finalında “Bakı-Azəryol”a qalib gəlib.

Xəbər 863 dəfə oxundu.