“Adana Dəmirspor” klubundan gedənlərin siyahısı bəlli olub
Türkiyənin “Adana Dəmirspor” klubundan gedənlərin siyahısı bəlli olub. Baş məşqçi Mustafa Uğur klub rəhbərliyinə komandadan ayrılması və transfer olunması gərəkən hesabat təqdim edib.

Nəticədə məlum olub ki, Adana təmsilçisi hücumçu Engin Məmişlər, yarımmüdafiəçilər Bilal Çubukçu, İrfan Başaran və qapıçı Əmrə Selenlə yollarını ayıracaq. Onların yerinə isə klubun “Kasımpaşa”dan 2, “Antalyaspor”dan 1 futbolçunu almaq istədiyi mətbuata sızan informasiyalar arasındadır.

Qeyd edək ki, millimizin yarımmüdafiəçisi Cavid Hüseynovun da komandada qalıb-qalmayacağı sual altındadır. Futbolçu hazırda klubun Adanadakı düşərgəsində məşqlərdə iştirak edir.

Xəbər 835 dəfə oxundu.