Yosi Benayun arzuolunmaz durumla üzləşib
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan İsrail yığmasının kapitanı Yosi Benayun arzuolunmaz durumla üzləşib. 32 yaşlı yarımmüdafiəçiyə sahib çıxan komanda yoxdur.

Məsələ ondadır ki, Yosi “Vest Hem”lə icarəsi bitəndən sonra müqavilə ilə məxsus olduğu “Çeli”yə qayıdıb. Ancaq hələ “Liverpul”da birgə işlədiyi vaxtda gərgin münasibətdə olduğu baş məşqçi Rafael Benitesin onda maraqlandığı hələ aydınlaşmayıb.

Belə ehtimal olunur ki, Benayun yenidən London klublarının birinə icarəyə veriləcək. Bu, həmin “Vest Hem”, yaxud “Fulhem”lə KPR ola bilər. Bu, futbolçunun fiziki vəziyyətindən asılıdır.

Bir şey dəqiqdir ki, indiki durum yarımmüdafiəçinin yığmada gələcək çıxışına neqativ təsir göstərəcək.

Xəbər 988 dəfə oxundu.