“Azərbaycan kimi bizə də asan rəqiblər arzu edirəm” - MÜSAHİBƏ
Lixtenşteyn Futbol Assosiasiyasının prezidenti Mattias Voqt AFFA-nın rəsmi saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, qurum başçısı öz yığmaları ilə Azərbaycan milli komandası arasında gələn il fevralın 6-da baş tutacaq yoxlama oyunu, həmçinin əvvəl baş tutan matçları haqda danışıb.

- 2013-cü ilin fevralında Azərbaycan və Lixtenşteyn milli komandaları arasında yoldaşlıq oyunu keçirəcək. Rəqibinizi necə qiymətləndirərdiniz?
- Azərbaycan milli komandasının baş məşqçi Berti Foqts təcrübəli mütəxəssisdir və yaxşı komanda qurmağa nail olub.

- Lixtenşteyn milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinə uğursuz başlayıb. Komandanız ilk dörd oyunda məğlub olub. Fikrinizcə, Lixtenşteyn yığması dünya və yaxud Avropa çempionatlarının final mərhələsində iştirak edə bilərmi?
- Bizim ilk dörd oyundan aldığımız nəticələr təssüf ki, qənaətbəxş deyil. Lakin bizi qarşıda daha altı oyun gözləyir. Qısaca olaraq demək istərdim ki, məğlub olduğumuz dörd oyundan üçü kifayət qədər gərgin keçdi. Buradan çıxış edərək demək olar ki, üzümüzə gələn il xal qazanmağa nail olacağıq. Əgər gələcəkdə final mərhələsinə qədər yüksələ bilsək, bunu o zaman müzakirə edərik. Belə olacağı təqdirdə, Azərbaycan milli komandasında olduğu kimi bizə də yaxşı bəxt və asan rəqiblər arzu edirəm.

- Azərbaycan millisi ilə qarşılaşma DÇ 2014-ün seçmə oyunlarına hazırlıq baxımından Lixtenşteyn komandasına necə kömək edə bilər?
- Hər bir yoldaşlıq oyunu növbəti qarşılaşmalar üçün təcrübə qazanmaq baxımından faydalıdır. Bu bizim üçün mart ayının sonunda Latviyaya qarşı oynayacağımız matçdan əvvəl əlavə bir hazırlıq ola bilər.

- Azərbaycan və Lixtenşteyn komandaları sonuncu dəfə DÇ 2010-un seçmə mərhələsi çərçivəsində 2009-cu ilin oktyabrında Vadutsda qarşılaşıblar və o vaxt Azərbaycan millisi 2:0 hesabı ilə qalib gəlib. Həmin oyunu xatırlayırsınızmı və o matç barədə nə deyə bilərsiniz?
- Həmin oyun yaxşı xatirimdədir. Bundan əlavə, komandalarımız arasında 2008-ci ildə Bakıda bərabərliklə yekunlaşmış oyunu da gözəl xatırlayıram. Mən inanıram ki, Azərbaycan və Lixtenşteyn komandaları arasında fərq o qədər də güclü deyil. İstənilən halda fevralda görərik.

Xəbər 1008 dəfə oxundu.